13 oktyabr 2014 12:35
8 klub kubokdan imtina etdi
Oktyabrın 15-də AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkü atılacaq. Azerisport.az xəbər verir ki, növbəti ölkə kubokunda 18 klub iştirak edəcək.
Onlardan 10-u Premyer Liqada, 8-i isə 1-ci divizionda iştirak edən klublardı. Müxtəlif səbəblərə görə, 1-ci divizionun qalan 8 klubu kubokda iştirak etməkdən boyun qaçırıb.
Qeyd edək ki, kubokun ilk oyunları oktyabrın 22-də keçiriləcək.
