13 oktyabr 2014 12:10
Elxan Məmmədov: Nəyisə proqnozlaşdırmaq çətindi
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nəyisə proqnozlaşdırmaq çətindi. Futbolda hər şey ola bilər. Amma Palermodakı oyunda komandamızın apardığı mübarizə mənim xoşuma gəldi. Xorvatiya ilə oyunda da minimum elə oynamaq lazımdı".
