13 oktyabr 2014 11:45
Qarabağla oyun öncəsi qələbə
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukrayna “Dnepr”i milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədэn istifadə edərək, yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, adıçəkilən komanda evdə aşağı liqa təmsilçisi "Aleksandriya" ilə üz-üzə gəlib.
Görüş “Dnepr”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Dnepr” Avropa Liqasının qrup mərhəçləsində növbəti matçını oktyabrın 23-də Kiyevdə “Qarabağ”a qarşı keçirəcək.
