Azərbaycan Xorvatiyada 6 cavabsız qolla uduzdu
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki üçüncü oyununda Xorvatiyanın qonağı olub.
Qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, millimiz bundan öncəki oyunlarında öncə evdə Bolqarıstana, ardından səfərdə İtaliyaya eyni hesabla uduzmuşdu (1:2).
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
13 oktyabr
Xorvatiya - Azərbaycan - 6:0 (4:0)
Qollar: A.Kramariç, 11 (1:0), İ.Perişiç, 34 (2:0). İ.Perişiç, 45 (3:0). M.Brozoviç, 45+1 (4:0). L.Modriç, 56 (5:0). R.Sadıqov, 61-öz qapısına (6:0).
Sarı vərəqə: R.Ramaldanov, 16. A.Ramazanov, 37. E.Allahverdiyev, 55.
Hakimlər: Stefan Studer, Sandro Potsi, Yan-Yves Vixt, Vital Yobin.
Əlavə köməkçi hakimləri: Alayn Byeri, Saşa Amhof (hamısı İsveçrə).
Osiyek. “Qradski” stadionu.
Xorvatiya: 23. Daniyel Subaşiç, 5. Vedran Çorluka, 11. Dariyo Srna (k), 21. Domaqoy Vida, 3. Daniel Pranyiç, 7. İvan Rakitiç, 10. Luka Modriç (8. Alen Haliloviç, 60), 14. Marselo Brozoviç, 20. Mateo Kovaçiç (4. İvan Perişiç, 24), 17. Mario Mandjukiç, 22. Andrey Kramariç (18. İvitsa Oliç, 76).
Ehtiyat oyunçular: 1. İvan Vargiç, 12. Lovre Kaliniç, 2. İvan Tomeçak, 6. Qordon Şildenfeld, 15. İvan Striniç, 19. Hrvoye Miliç, 9. Domaqoy Antoliç, 13. Duye Çop.
Baş məşqçi: Niko Kovaç.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (15. Ağabala Ramazanov, 30 - 16. Cavid Hüseynov, 41), 5. Elnur Allahverdiyev (22. Tərlan Quliyev, 67), 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 18. Maksim Medvedev, 3. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 4. Elvin Yunuszadə, 8. İlkin Qırtımov, 20. Ufuk Budak, 21. İlter Taşkın, 9. Məhəmməd Qurbanov, 10. Rüfət Dadaşov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Berti Foqts.
