13 oktyabr 2014 00:35
Xorvatiya - Azərbaycan matçına 11 min bilet satılıb
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 11 min bilet satılıb.
Qeyd edək ki, oyun bu gün Osiyekdəki "Qradski" stadionunda keçiriləcək. Bu arena 19 min azarkeş tutumuna malikdi.
