13 oktyabr 2014 00:25
Muarem izlədi, Makedoniya yığması məğlub oldu
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin şərəfini qoruduğu Makedoniya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası səfərdə Ukraynanın qonağı olub.
Qarşılaşma 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Muarem bu matçın iştirak ərizəsində yer alsa da, meydana çıxmaq şansı qazanmayıb.
