Niko Kovaç Azərbaycan yığmasını və Foqtsu təriflədi
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri sabakı oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Məşqdən sonra Azərbaycan yığmasının oyununa baxacağıq, rəqibi analiz edəcəyik. Onları diqqətlə izləməyimiz lazımdı. Çünki rəqibin güclü və zəif tərəflərini bilməyimiz vacibdi".
"Azərbaycan güclü rəqibdi. Son iki oyunda çətinliklə uduzublar. Bu komandanı öyrənmək üçün bu ölkədə çıxış edən futbolçulardan heç kimlə əlaqə saxlamamışam. Rəqibin bir neçə son oyununa baxmışam".
"Berti Foqtsu çox yaxşı tanıyıram. Son illərdə onun komandasının necə inkişaf etdiyini görməmək mümkün deyil. Bizə erkən qol vurmaq çox vacibdi. Belə olan halda gərginlikdən qurtulmuş olarıq. Bütün oyunlar çətin keçir. Ona görə də qələbə qazanmaq üçün mütləq qol vurmalıyıq. Ehtiyatlı olmaq lazımdı".
"Mordiçin kiçik zədəsi var. Hələ start heyətini müəyyənləşdirməmişəm. Amma mümkündü ki, Bolqarıstanla oyunla müqayisədə bəzi dəyişikliklər edək".
"Qısa zaman kəsiyində iki oyun keçirmək bizim üçün də çətindi. Bu, təkcə Azərbaycanın problemi deyil. Biz ötən oyunda ehtiyatda qalan futbolçuların özlərini göstərəcəklərinə və erkən qol vuracaqlarına ümidliyik".
