Luka Modriç: Azərbaycana mümkün qədər tez qol vurmalıyıq
Futbol üzrə Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri sabakı oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün çox vacib, eyni zamanda çətin oyun olacaq. Çünki bundan öncə Bolqarıstanla səfər oyununa çıxmışıq. Şadam ki, həmin görüşdə qələbə qazanmağı bacardıq. Zədəmlə bağlı problem yoxdu. Ayağımda ağrılar olsa da, özümü yaxşı hiss edirəm. Növbəti matçda meydana çıxmağa çalışacam. Azərbaycan yığmasının yaxşı müdafiə xətti var. Əks-hücumlarda yaxşı oynayırlar. Mümkün qədər tez qol vurmalıyıq. Onda işimiz daha asan olar. Azərbaycan üzərində qələbə bizə 3 oyundan 9 xalla ayrılmağa imkan verəcək. Fikrimcə, bu, çox yaxşı nəticə olar".
