12 oktyabr 2014 20:10
Modriç Xəzər Lənkərana qarşı oyunu xatırladı
Futbol üzrə Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç Zaqreb "Dinamo"sunun heyətində Çempionlar Liqasında "Xəzər Lənkəran"a qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Xəzər Lənkəran"a qarşı oyun yadımdadı. Biz Bakıda bu komanda ilə 1:1 hesablı sülhə razılaşmışdıq. İki çətin oyundan sonra əlavə vaxta getdik. Amma azarkeşlərimizin sayəsində qələbə qazanmağı bacardıq".
