12 oktyabr 2014 16:40
Foqts: Start heyətini həkimlərlə məsləhətləşdikdən sonra müəyyənləşdirəcəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun üçün start heyətini həkimlərlə məsləhətləşdikdən sonra müəyyənləşdirəcək. Azerisport.az xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı bunları söyləyib:
"Start heyətini hələ müəyyənləşdirməmişəm. Həkimlərlə danışmağım lazımdı. İtaliya ilə oyun göstərdi ki, standart vəziyyətlərdə daha diqqətli oynamağımız lazımdı".
