12 oktyabr 2014 16:35
Foqts: Bu, Azərbaycan üçün faciəvi olardı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun öncəsi qrupumuzun təqvimindən şikayətlənib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mənə elə gəlir ki, böyük futbol ölkələrinin təzyiqi çoxdu. İtaliya və Xorvatiya özləri üçün çox sərfəli təqvim tərtib olunmasına nail oldular. Onlar elə seçmə mərhələnin startında daha çox xal qazanmaq məqsədi güdürdülər. Hətta zəif ölkələrin ayrıca seçmə mərhələdə oynaması da müzakirə olunurdu. Halbuki, bu, Azərbaycan yığması üçün faciəvi olardı. Digər tərəfdən UEFA da yoxlama oyunlarının sayının azaldılmasını tələb etdi. Biz mart ayında üç oyun keçirdik, İtaliya və Xorvatiya isə 12-15. Kiçik futbol ölkələri də qaldı kənarda".
