12 oktyabr 2014 16:25
Berti Foqts Qarabağ və Neftçini tənqid etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun öncəsi Topaz Premyer Liqasının təqvimindən şikayətlənib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən 6 ildi klublara deyirəm ki, oyunçuları daha çox məşq etdirmək lazımdı. Biz artıq 2-3 gündən bir oynamağa alışmalıyıq. Oyunları məşqlərlə əvəzləmək olmaz. "Qarabağ" və "Neftçi" Avropa Liqasında oynayanda onların matçları təxirə salınır. Niyə? Enində-sonunda günahkar mən oluram. Çünki yığmanın baş məşqçisiyəm. Aparıcı klublarda 3-4 azərbaycanlı futbolçu çıxış edir, qalanları legionerlərdi. Mən ki braziliyalıları Azərbaycan yığmasında oynada bilmərəm".
