12 oktyabr 2014 16:15

Foqts: Xorvatiyaya qarşı İtaliya ilə matçdakı kimi oynayacağıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Osiyekdə keçirilmiş mətbuat konfransında öncə bunları söyləyib:

- Xorvatiya dünya çempionatında çıxış etmiş, Meksika və Braziliya ilə mübarizə aparmış komandadı. Bu matçları stadiondan canlı izləmişdim. Komandama çətin olacaq. Biz hələ belə tempə alışmamışıq. İtaliya ilə oyundan sonra bərpa prosesi keçirik. Biz hələ hücum futbolu sərgiləyəcək səviyyədə deyilik.

- Sizcə, İtaliya ilə oyunda xal qazanmağımıza nə mane oldu?
- Biz standart vəziyyətlərdən iki qol buraxdıq. Halbuki, buna imkan verməməliydik. Top-komandalar belə səhvləri bağışlamırlar. Bolqarıstanla qarşılaşmada da hesabı bərabərləşdirdik, son dəqiqələrdə qapımızda gördüyümüz ikinci qol nəticəsində uduzduq. Fikrimcə, hər iki oyunda hesab 1:1 olarkən daha diqqətli oynamağımız lazım idi.

- Bəs bu son dəqiqələrdəki diqqətsizliyi aradan qaldırmaq üçün nə etmək lazımdı, buna nə qədər vaxt lazımdı?
- Mən 7 ildi burda çalışıram. Amma bu işlə klublarda da məşğul olmaq lazımdı. Futbolçular fiziki cəhətdən 90 dəqiqə oynamağa hazır deyillər. Oyunçular daha çox klublarında məşq edirlər, amma bunun üzərində çox çalışmırlar.

- Kamran Ağayev Osiyekə qələbə üçün gəldiklərini dedi. Sizin buna münasibətiniz necədi?
- Ağayev yaxşı oyunçudu. Amma mən yuxu yox, reallığı görmək istəyirəm. İtaliya ilə oyunda yaxşı pressinq tətbiq etsək də, yetərli deyildi. İstənilən halda sabah da Palermodakı kimi oynamağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.