Kamran Ağayev: Bu səhvlər məni sındırmır
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Osiyekdə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Bura qələbə üçün gəlmişik. Başa düşürük ki, 4 gün ərzində iki oyun keçirmək asan məsələ deyil. Amma buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Psixoloji baxımdan hazıram. Hər kəs səhv edir. Palermoda buraxdığımız səhvlər məni sındırmır. İtaliyaya qarşı oynamaq çətin idi. Xorvatlarla oyunun necə olacağını indidən deyə bilmərəm. Hələ meydana hansı heyətlə çıxacağımızı, start heyətdə olacağımı bilmirəm. Baş məşqçi necə desə, elə də olacaq. İtaliya ilə oyundakı səhvlərimizi analiz etmişik. Hər kəs bacardığı kimi oynaya bilsə, nəticə qazana bilərik".
