12 oktyabr 2014 16:00
Berti Foqts: Azərbaycana Xorvatiya ilə oyunda çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Osiyekdə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Xorvatiya dünya çempionatında çıxış etmiş, Meksika və Braziliya ilə mübarizə aparmış komandadı. Bu matçları stadiondan canlı izləmişdim. Komandama çətin olacaq. Biz hələ belə tempə alışmamışıq. İtaliya ilə oyundan sonra bərpa prosesi keçirik. Biz hələ hücum futbolu sərgiləyəcək səviyyədə deyilik".
