12 oktyabr 2014 15:30
Emeqaranın Qarabağda ilk qolu
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqası və Topaz Premyer Liqasında növbəti matçına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq çərçivəsində yoxlama matçına da çıxıb.
Baş məşqçi Qurban Qurbanov yetirmələrini əvəzedici heyətlə görüşdə sınaqdan keçirib. Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, qolları dubla imza atan İnnosent Emeqara, eləcə də hərəyə bir dəfə fərqlənən Cavid Tağıyevlə Leroy Corc vurub.
