12 oktyabr 2014 14:30
Mandzukiç: Azərbaycana da qalib gəlməliyik
Xorvatiya yığmasının hücumçusu Mario Mandzukiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bolqarıstan üzərində qələbə Azərbaycana qarşı keçirəcəyimiz növbəti oyun öncəsi bizim üçün vacib idi. Artıq növbəti rəqibimizi də məğlub etməliyik. Çünki sonra İtaliya ilə çətin görüşümüz olacaq".
