Artim Şakiri: Qarabağın qrupda ikinci olmaq şansı var
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Artim Şakiri keçmiş komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avroliqanın qrup mərhələsinə düşmək "Qarabağ" üçün böyük uğurdu. Mən bu komandada oynayanda həmişə qələbə üçün çalışırdılar. Ağdamlıların "Sent-Etyen" və "İnter"lə oyunlarına baxmışam. Hər iki görüşdə yaxşı təsir bağışladılar. Onlar Milan təmsilçisi kimi nəhəngdən qətiyyən çəkinmədilər. Hətta xal da qazana bilərdilər. Əlbəttə, "İnter" bu qrupdan birinci yerlə çıxacaq. "Qarabağ"ın da ikinci olmaq şansı var. Bunun üçün komandanın qarşıdakı iki oyunda qələbə qazanması vacibdi. Qurban Qurbanovun gəlişindən sonra "Qarabağ" diqqətçəkən dərəcədə artırıb. Muarem Muaremə gəlincə, o da klubunda yaxşı oynayır. Təəssüf ki, yığmada az-az görünür. Özümə gəlincə, hazırda Albaniyanın "Kukesi" klubunda məşqçi işləyirəm. Azərbaycanda da çalışa bilərəm".
