12 oktyabr 2014 13:45
Şpiçiç: Azərbaycanlılar Xorvatiyaya qalib gəlsə, hərəyə 100 min avro qazanacaqlar
"İnter"in xorvatiyalı yarımmüdafiəçisi Matiya Şpiçiç ölkəsinin mətbuatına maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qalib gəlsə, hər bir futbolçu 100 000 avro məbləğində mükafat alacaq".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü sabah Osiyekdə keçiriləcək.
Şpiçiç zədəli olduğu üçün hazırda vətənində müalicə olunur. O, millimizin oyunun canlı izləməyi planlaşdırır.
