12 oktyabr 2014 13:00
Çiro İmmobile: Azərbaycana qarşı yaxşı oyun keçirdik
Futbol üzrə İtaliya yığmasının hücumçusu Çiro İmmobile AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına açıqlamasında 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Bu, yaxşı oyun idi. Yığmada oynayanda xal qazanmaq üçün maksimum güc sərf etməli olursan. Simone Zaza ilə birgə bütün gücümüzü qoyduq. Bizim qol vurmamağımız o qədər də önəmli deyil. Əsas odu ki, komandamızın qələbəsinə kömək edə bildik. Palermodakı azarkeşlərimizə təşəkkürümüzü bildirirəm. Onlar bizi qələbəyə çox ruhlandırdılar. Azarkeşlər İtaliya yığmasını yenidən sevməyə başlayıblar. Buna çox şadıq. Bu, bizi gələcəkdə də ruhlandıracaq".
