12 oktyabr 2014 11:55
Rəşad Sadıqov: Uşaqlara demişdim ki, İtaliyaya uduzmayacağıq
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Palermodakı oyundan öncə hesab edirdim ki, biz ən azı uduzmayacağıq. Oyundan öncə nədənsə buna çox inanırdım. Hətta bunu uşaqlara da demişdim. Amma alınmadı. Mümkündü ki, xorvatlarla oyunda işimiz daha çətin olsun. Amma İtaliyaya qarşı oynadığımız kimi mübarizə aparsaq, qorxu hissi olmasa, hər şey normal olacaq".
