12 oktyabr 2014 11:45

Neftçi Dəri top turnirinə yollandı

“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçiriləcək “Dəri top” turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi yarışa yollanacaq komandanın üzvləri ilə görüşüb.

Görüşdə “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov klub prezidenti Sadıq Sadıqovun adından yeniyetmə futbolçuları salamlayıb və onlara iştirak edəcəkləri turnirdə uğurlar arzulayıb. Qeyd olunub ki, yeniyetmə futbolçuların kiçik yaşlarından beynəlxalq təcrübə əldə etmələri, onların peşəkar futbolçu kimi formalaşmalarında müstəsna rol oynayır.

Klubun icraçı direktoru Mübariz Xudiyev və aşağı yaş qrupları üzrə texniki direktor Yan Versleyen də “Neftçi”də yeniyetmə və gənc futbolçulara hər zaman böyük önəm verildiyini və bu futbolçuların gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandığını bildiriblər. Sonda isə görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

“Dəri top” turniri bu gün - oktyabrın 12-də start götürəcək. Yarışda komandamız Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçiləri ilə mübarizə aparacaq. Xatırladaq ki, “Neftçi”nin U-14 komandası 2012-ci ildə də sözügedən yarışın qalibi olmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.