12 oktyabr 2014 11:35
Qarabağın müdafiəçisi Danimarkaya qarşı oynadı
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ölkəsinin yığma komandasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun şərəfini qoruduğu Albaniya yığması öz meydanında AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Danimarka ilə qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Aqolli bu görüşə start heyətdə çıxıb. O, sonadək mübarizə aparıb.
