12 oktyabr 2014 11:25

Elnur Allahverdiyev: AFFA prezidenti bizə dedi ki, ilk hissədə sanki çəkinirdik

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- İtaliyaya məğlubiyyəti (1:2) necə şərh edə bilərsiz?
- Məğlubiyyətə baxmayaraq, biz yüz faiz gücümüzü meydanda qoyduq, çalışdıq ki, uduzmayaq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Amma alınmadı.

- Berti Foqts paltardəyişmə otağında sizə nə dedi?
- Dedi ki, artıq Xorvatiya ilə oyunu düşünməyimiz lazımdı, növbəti oyuna hazırlaşmalıyıq.

- Bəs AFFA prezidenti Rövnəq Abdullayev?
- O, qeyd etdi ki, ilk hissədə sanki çəkinirdik. Təsadüfi hallarda hücuma çıxmağımızı vurğuladı. İkinci hissədə daha inamlı oynadıq.

- Onunla razısız?
- Prinsipcə, hə. Biz dünyanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Ona görə də bəzi futbolçularımızda həyəcanın olması təəccübləndirici deyil.

- Məğlubiyyətə görə üzülürsüz?
- Təbii ki, üzücü məğlubiyyətdi. Biz Palermodan xalla ayrıla bilərdik. Dünyanın ən güclü komandalarından birinə qarşı oynasaq da, qol vurmağı bacardıq. Xal qazanmağa çox yaxın idik. Hiss edirdik ki, artıq heç-heçə etmək olar. Amma sonda buraxdığımız qol hər şeyi korladı.

- Xorvatlarla oyundan nə gözləyirsiz?
- Fikrimcə, onlarla da oyun çətin olacaq. Üstəlik, bizi hələ uzun yolçuluq da gözləyir. Amma başqa çıxış yolumuz yoxdu. Osiekdə sonadək vuruşmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.