12 oktyabr 2014 00:25
Kovaç: Hədəfimizin yarısına çatdıq, qaldı Azərbaycanı məğlub etmək
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bolqarıstanla görüşdən (1:0) sonra bunları söyləyib:
"Biz qarşımızdakı hədəfin yarısını yerinə yetirdik. Bolqarıstana qalib gəldik. Qaldı Azərbaycanı məğlub etmək. Başa düşürük ki, bizə asan olmayacaq. Çünki növbəti rəqibimiz bizdən öncə italyanlarla sonadək mübarizə apardı. Amma istənilən halda bizə üç xal qazanmaq lazımdı".
