11 oktyabr 2014 20:00
Rüfət Dadaşov: İtaliyaya qol vurduğumuza görə şadam
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Belə müdafiəçilərə qarşı oynamaq heç də asan deyildi. Amma şadam ki, İtaliyaya qol vurmağa nail olduq. Fikrimcə, biz pis oyun keçirmədik".
