11 oktyabr 2014 19:15
Modriç: Azərbaycana qalib gəlməsək, Bolqarıstan üzərindəki qələbənin əhəmiyyəti qalmayacaq
Futbol üzrə Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan üzərində qazandıqları qələbədən və Azərbaycana qarşı keçirəcəkləri görüşdən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu qələbə AÇ-2016-nın final mərhələsinə çıxmaq yolunda vacib addım idi. Amma hələ qarşıda çox oyun var. Bu tempdə davam etməliyik. Amma Azərbaycanı məğlub etməsək, Sofiyadakı qələbənin heç bir əhəmiyyəti qalmayacaq".
