Kamran Ağayev: İtaliyadan çəkinməməyimiz sevindirən məqamdı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- İlk qol epizodu ilə bağlı nə deyə bilərsiz? Belə bir səhv buraxmağınıza nə səbəb oldu?
- Səhv hər kəsdə olur. Sadəcə, bu səhvləri analiz edib, nəticə çıxarmaq lazımdı. Hər kəs səhv edir. Elə İker Kasilyasın son dövrlərdəki səhvlərinə baxın.
- Oyunçular sizi dəstəklədilər?
- Əlbəttə, heç kim bir söz demədi. Axı bu, futboldu.
- Bu oyundan nə nəticə çıxardız?
- Diqqətli olmaq lazım idi. Bir saniyə də olsun, arxayınlaşmamalıydıq. Şadam ki, biz artıq İtaliya kimi rəqiblərdən çəkinmirik. Amma bəzi köhnə səhvlərimiz var ki, onları da aradan qaldırmaq lazımdı.
- Yəni yığmamız bu oyunda yaxşı oynadı?
- İtaliya ilə müqayisədə təbii ki, çox yaxşı oynamadıq. Amma müqavimət göstərdik. Yenə də artırmağımız lazımdı.
- Xorvatiyaya qarşı oyundan nə gözləyirsiz?
- Öncədən heç nə demək istəmirəm. Meydanda var gücümüzlə çalışacağıq. Nəticənin necə olacağını isə sonda görəcəyik.
