11 oktyabr 2014 14:00
Turan-T yenə adını dəyişdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan “Turan-T” klubunun adı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edən klub 7-ci turdan etibarən“Turan Tovuz” adı ilə fəaliyyətini davam etdirəcək.
