11 oktyabr 2014 13:45
Buffon: Asma çox təhlükəli alındı
Futbol üzrə İtaliya yığmasının qapıçısı Canluici Buffon AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Çətin qələbə oldu. Amma vəziyyəti belə qəlizləşdirməyimizə özümüz səbəb olduq. Buraxılan qol zamanı mənimlə Kyellini arasında anlaşılmazlıq yarandı. Amma asma da çox təhlükəli idi".
