Mircavadov: Bu oyunla pley-offa çıxmağımız mümkünsüzdü
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Oyun sizin xoşunuza gəldi? Əminəm ki, yox. Hazırda heç də yaxşı vəziyyətdə olmayan İtaliya yığmasından ümumiyyətlə danışmaq istəmirəm. Bizim onlara nəyin sayəsində qol vurduğumuzu da anlaya bilmədim. Əgər rəqib müdafiəçi bir oyunda 3 qol vurursa, bu, yaxşı heç nədən xəbər vermir. Biz adicə hücum etməyi, top saxlamağı da bacarmırıq. Bu oyunla AÇ-nin pley-off mərhələsinə çıxmağa da ümid edə bilmərik. Xorvatiyada da bizə çətin olacaq. Onların elə futbolçuları var ki, bizim səhvlərdən daha yaxşı yararlanmağa qadirdilər".
