11 oktyabr 2014 13:00
Əmirquliyev: Bu səhvləri Xorvatiyada təkrarlamamalıyıq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Amma alınmadı. Bu oyunda buraxdığımız səhvləri analiz edib, növbəti görüşdə daha yaxşı oynamağa çalışacağıq. Əminəm ki, Xorvatiyada bizi Palermodakından daha çətin oyun gözləyir".
