11 oktyabr 2014 12:15
Rövnəq Abdullayev: İtaliya ilə heç-heçə möcüzə olardı
AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"Əgər bu oyunda heç-heçə etsəydik, əsl möcüzə olardı. Amma oyunçularımız bu oyunu unutmalı və Xorvatiya ilə görüşə köklənməlidilər".
