Rauf Əliyev: Osiekdə bizim işimiz Palermodakından daha çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- İtaliya ilə oyunu necə qiymətləndirə bilərsiz?
- Mənə elə gəlir ki, biz kifayət qədər yaxşı oynadıq. 90 dəqiqə döyüşdük. Əlbəttə, arxayınlaşdığımız dəqiqələr də oldu. Elə bunun da nəticəsi olaraq iki qol buraxdıq.
- Azərbaycan yığması neçənci dəqiqədə qol vurmalıdı ki, ondan sonra qol buraxmasın, xal qazana bilsin?
- Bilmirəm. Amma doğrudan çox təəssüflənirik ki, geridə qalan iki oyunda xal qazana bilmirik. Hər iki oyunda son dəqiqələrdə buraxdığımız qollar sayəsində xalsız qaldıq. İtaliya ilə heç-heçə möhtəşəm olardı. Amma buna nail ola bilmədik.
- Komandanın oyunundan razı qaldız?
- Mənə elə gəlir ki, biz necə lazım idisə, elə də oynadıq. Meydanda bütün gücümüzü qoyduq.
- Qol epizodunda nə baş verdi? Orada topu siz qapıya göndərdiz, ya hər şeyi Kyellini etdi?
- Mənə elə gəlir ki, həmin epizodda mən də topa toxunmuşdum. Amma burada qolu kimin vurmasının əhəmiyyəti yoxdu.
- İndi Xorvatiya ilə oyundan nə gözləyək?
- Sonadək mübarizə aparacağıq. Əminəm ki, Osiekdə bizə Palermodakından daha çətin olacaq.
