11 oktyabr 2014 11:45
AFFA prezidenti yığmamızın üzvləri ilə görüşdü
AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyundan sonra federasiya rəhbəri futbolçularla təxminən 5 dəqiqəlik söhbət edib.
Ondan sonra Abdullayev digər AFFA rəsmilərinin müşaiyəti ilə "Rentso Barbera" stadionunu tərk edib.
