11 oktyabr 2014 11:30
Kamran Ağayev: Kasilyas da səhvə yol verir
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Bütövlükdə, pis oyun keçirmədik. Hər kəs səhv edir. Məsələn, İker Kasilyas da son oyunda kobud səhvə yol verdi. Sadəcə, bizim səhvlərimiz həmişə daha çox müzakirə olunur".
