11 oktyabr 2014 11:15
Rauf Əliyev: Qol vurulanda topa toxunmuşdum
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Qol vurduğumuz epizodda mən topa toxunmuşdum. Amma qol Kyellinin adına yazıldı. İtaliyadan xal almağı çox istəyirdik. Amma alınmadı. Artıq Xorvatiya ilə oyunu düşünməliyik".
