11 oktyabr 2014 11:00
İtaliya - Azərbaycan matçının qəhrəmanı danışdı
Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Corco Kyellini AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Şadam ki, iki qol vurmağa nail oldum. Öz qapımıza vurduğum qola gəlincə, o, təsadüfi alındı. Azərbaycan adi rəqib təsiri bağışlamadı. Rəqibin çox yaxşı müdafiə xətti var idi".
