11 oktyabr 2014 02:10
Berti Foqts: Altı il öncə İtaliyaya 6 cavabsız qolla uduzardıq, indi isə...
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Biz bu rəqibə qarşı 2008-ci ildə oynasaydıq, 0:5 və ya 0:6 hesabıyla uduzardıq. İndi isə bərabər səviyyəli mübarizə apardıq. Bu gün meydanda yaşı 28-dən yuxarı olan cəmi üç futbolçumuz var idi. Qalan hamısı daha az yaşa malikdi. Onlar Azərbaycan futbolunun gələcəyidi".
"Futbolda komanda halında daha yaxşı mübarizə aparan komandalar qələbə qazanırlar. Kontenin gəlişindən sonra bu komanda daha aqressiv oyun sərgiləyir".
