11 oktyabr 2014 02:05
Berti Foqts: Bizə oyunun sonunda hücum futbolu sərgiləmək üçün güc çatmadı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"İtaliyanı qələbə qazanması münasibətilə təbrik edirəm. Biz bu gün müdafiədə iki faciəvi səhv buraxdıq. Belə səhvləri buraxmaq olmaz. Bizim gənc oyunçular üçün belə bir komandaya qarşı belə bir oyun keçirmək vacib idi. Oyunçularımın çıxışından razı qaldım. Bizə oyunun sonunda hücum futbolu sərgiləmək üçün güc çatmadı".
