11 oktyabr 2014 00:20
Muarem seçmə mərhələ oyununda 60 dəqiqə oynadı
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem ölkəsinin yığması ilə AÇ-2016-nın seçmə mərhələ oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Makedoniya millisi Skopyedə keçirilən qarşılaşmada Lüksemburqu qəbul edib.
Muaremin komandası bu görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Muarem start heyətdə meydana çıxıb və 60 dəqiqə mübarizə aparıb. O, komandası 1:2 hesabıyla məğlub durumda olarkən meydanı tərk edib.
