10 oktyabr 2014 18:15
Neftçi və Bakıdan qolsuz heç-heçə
Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan "Neftçi" və "Bakı" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib.
Xatırladaq ki, ölkə çempionatının ikinci turu çərçivəsində bu komandalar arasında baş tutmuş oyunda "Neftçi" öz meydanında "Bakı"ya 1:0 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
10 oktyabr
Neftçi - Bakı - 0:0
