10 oktyabr 2014 18:05
İnter Gürcüstanın ikinci komandasına qalib gəldi
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu yerli "Samtredia" ilə qarşılaşıb.
Gürcüstanın ikinci komandası ilə qarşılaşma təmsilçimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb.
Yoxlama oyunu
10 oktyabr
Samtredia - İnter - 0:2 (0:0)
Qollar: Yohan Bokonyano, 61-pen. Nizami Hacıyev, 75 (0:2).
Qarşılaşmanın 26-cı dəqiqəsində Baçana Sxadadze penaltidən yararlana bilməyib.
"İnter"in start heyəti: Georgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Arif Daşdəmirov, Coşqun Diniyev, Derlis Meza Kolli, Mikel Alvaro, Asif Məmmədov, Junior Nildo və Baçana Sxdadadze.
