Ramaldanov: Həyəcan var, qorxu yox
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İtaliya ilə oyundan nə gözləyirsiz?
- Yaxşı hazırlaşmışıq. Bilirik ki, bizi çətin oyun gözləyir.
- Həyəcan və ya qorxu var?
- Həyəcan var. Amma heç bir qorxu hissi yoxdu.
- Bu, rəqibin İtaliya olmasından irəli gəlir?
- Xeyr. Həyəcan hər bir oyun ərəfəsində olur. Bu, rəqibin kim olmasından asılı deyil.
- Komandamız nəyin sayəsində sürprizə imza ata bilər?
- Var gücümüzü meydanda qoymaqla, qələbə istəyi ilə. Xal qazanmaq üçün başqa yol olduğunu düşünmürəm.
- İndiki İtaliya yığması dünya çempionatına izlədiyimiz komandadan nə ilə fərqlənir?
- Fikrimcə, indiki komandada olan aqressivlik DÇ-də oynayan İtaliya yığmasında yox idi. Amma onlar həmişə güclü olublar. Bunu Norveçlə oyun da təsdiqlədi.
- Mahir Şükürovla Vaqif Cavadovsuz nə dərəcədə çətin olacaq?
- Biz onları həmişə yığmada görməyə alışmışıq. Amma milliyə kimi çağırıb, kimi çağırmamaq baş məşqçidən asılıdı.
