10 oktyabr 2014 15:40
İnterin Samtredia ilə sınaq matçı üçün start heyəti
Məlum olduğu kimi, Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" bü gün saat 16.00-da yerli "Samtredia" klubu ilə yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Qori şəhərinin "Tengiz Burjanadze Stadium"da baş tutacaq oyuna komandamız bu əsas heyətlə meydana çıxacaq:
Georgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Arif Daşdəmirov, Coşqun Diniyev, Derlis Meza Kolli, Mikel Alvaro, Asif Məmmədov, Junior Nildo və Baçana Sxdadadze.
