10 oktyabr 2014 15:15
Cavadov: PTT 1-ci Liqada ona görə oynayıram ki, Super Liqa klubuna keçim
Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadov Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun onunla yanaşı bir neçə futbolçumuzun PTT 1-ci Liqada çıxış etməsini tənqid etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bura ona görə gəlmişəm ki, gələcəkdə Super Liqa klubuna keçmək imkanı qazanım. Türkiyə PTT 1-ci Liqasının zəif turnir olduğunu düşünmürəm. 18 klubdan 5-i ötən mövsüm Super Liqada çıxış edənlərdi. Mənim fikizi hazırlığıma gəlincə, 90 dəqiqə oynamağa hazıram. Oynamağa davam edəcəm və millidən yeni dəvət gözləyəcəm".
