Qurban Qurbanov: Uğur bizim tərəfimizdə olsa, qol da vura bilərik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyundakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamıza uğurlar arzulayıram. İtaliyanı müəyyən mənada tanış rəqib saymaq olar. Elə bu yaxınlarda "Qarabağ" səfərdə "İnter"lə qarşılaşdı. Bəzi oyunçular bir-birini yaxşı tanıyır. Böyük ehtimalla İtaliya da "İnter"in bizə qarşı oynadığı kimi çıxış edəcək. Bu, çox ciddi rəqibdi. Kontenin gəlişindən sonra komanda dəyişib. İtalyanlar bizə qarşı aqressiv çıxış edəcəklər. Ümid edirəm ki, komandamız layiqli çıxış edəcək. Şübhəsiz ki, məşqçilər komandanı oyuna nəticə qazanmaq üçün çıxaracaq. İtaliyaya qol vurmaq olarmı? Rəqibin güclü müdafiə xətti var. Amma mümkünsüz heç nə yoxdu. Uğur bizim tərəfimizdə olsa, qol da vura bilərik".
