10 oktyabr 2014 12:20
Verratti də Azərbaycana qarşı oynamayacaq
Futbol üzrə İtaliya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi daha bir futbolçusunu itirib. Azerisport.az xəbər verir ki, Fransanın PSJ klubunun yarımmüdafiəçisi Marko Verratti millimizə qarşı oynaya bilməyəcək.
İtaliya mətbuatının yazdığına görə, "Yuventus"un müdafiəçisi Corco Kyellinin də bu oyunda iştirakı sual altındadı.
Qeyd edək ki, İtaliya yığması millimizlə oyun ərəfəsində Tyaqo Motta, Pablo Osvaldo, Cakomo Bonaventura kimi futbolçularını itirib. Daniele Ruqani isə gənclərdən ibarət yığmaya göndərilib.
