10 oktyabr 2014 12:00

Kramarenko: Foqtsa yox, milliyə azarkeşlik edəcəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi

- Kamran Ağayevi yığmaya yola salarkən nəsə dediz?
- Xüsusi bir söhbətimiz olmadı. Onsuz da İtaliya və Xorvatiya ilə oyunlarda onu nə gözlədiyini yaxşı bilir.

- O, ilk dəfə italyanlara qarşı oynayacaq. Siz isə artıq oynamısız...
- Kimə qarşı oynamağın fərqi yoxdu. Kamranın işi istənilən halda çox olacaq. Ağayev ilk dəfə deyil ki, yığmaya dəvət alır. Mən ona həmişə özündən çıxmamağı məsləhət görürəm. Qapıçı ayrıca bir "dövlət"di. Əgər komanda yaxşı oynayırsa, sən diqqətli olmalısan. Pis oynayanda isə qolkiperin ikiqat diqqətli olması lazım gəlir.

- İtaliya ilə oyundan hansı xatirələriniz qalıb?
- Belə komandalara qarşı oyundan həmişə xoş xatirələr qalr. Düzdü, hesab 0:2 olanda Kristian Vyeri məni zədələdi və Cahangir Həsənzadə ilə əvəzləndim. Bakıdakı oyunda isə bir qolu özümüz vurduq, digərini də Del Pyero cərimə zərbəsindən vurdu.

- Sizcə, yığmamız yenə 0:4 hesabıyla uduza bilər?
- Çox istərdim ki, millimiz bu dəfə layiqli oyun sərgiləsin. Ümid edirəm ki, komandamız "Qarabağ"ın Avropa Liqasında Fransa "Sent-Etyen"inə, İtaliya "İnter"inə qarşı oynadığı kimi mübarizə aparacaq. Bu komanda məni sevindirir.

- Məğlub olmamağımız mümkündü?
- Futbolda hər şey ola bilər.

- Bəs real götürsək?
- Real götürsək, "Neftçi" vaxtilə Milan "İnter"i ilə səfərdə sülh bağlayıb. Bakılılar onda layiqli çıxış etmişdi. Halbuki, hamı komandamızın məğlub olacağını gözləyirdi. "Qarabağ" da bu komanda ilə sülh bağlaya bilərdi. Sadəcə, layiq olmadığımız yenilgi ilə üzləşdik.

- Xorvatiyadan da eyni qaydada çəkinməliyik?
- Hər iki komanda bizdən xeyli güclüdü. Xorvatların da top-klublarda oynayan 6-7 futbolçusu var. Komandamız bu rəqibə qarşı xüsusi motivasiya ilə oynayacaq. Yığmamıza azarkeşlik edəcəm, amma Foqtsa yox. (gülür)

- Bu niyə?
- Mən onu bir insan kimi tanımıram. Amma mətbuata açıqlamaları, işinə münasibəti ona simpatiya bəsləməyimizə imkan vermir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.