Xəzər Lənkərandan öncə Neftçi...
Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Bakı” klubu təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, komanda paytaxtın “Qorqud Palace” otelində məsgunlaşıb.
Toplanış iki mərhələdən ibarətdi. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın yetirmələri “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın 8-ci turunun oyununu keçirmək üçün Lənkərana səfər edəcək. (klub saytı)
